az en
News / Danışılmış oyunlarla bağlı növbəti seminar (fotolar)

Danışılmış oyunlarla bağlı növbəti seminar (fotolar)

AFFA Dərc olundu: 21.01.2019 Çap
Mingəçevirdə təlim-məşq toplanışında olan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. 
 
Danışılmış oyunlarla bağlı növbəti seminar (fotolar)
UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S. Səlimli hakimlərin suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər:
 
Baş Sponsor 
Proyekt Partnyorları