az en
News / İdman şərhçiləri üçün seminar keçiriləcək

İdman şərhçiləri üçün seminar keçiriləcək

AFFA Dərc olundu: 31.05.2017 Çap
İyunun 6-da AFFA-nın Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün seminar keçiriləcək.
 
İdman şərhçiləri üçün seminar keçiriləcək
Seminara rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmak rəhbərlik edəcək.
Seminarda iştrak etmək istəyən şərhçilərin iyunun 5-dək qeydiyyatdan keçmələri xahiş olunur.
 
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. Əlaqə nömrəsi və e-mail ünvani
5. Mövzü: seminarda iştirak etmək üçün
 
Yuxarıda qeyd olunanlar 5 iyun saat 14:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeyd edək ki, AFFA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə ilk belə seminar 2009-cu ildə məşhur teleşəhərçi Vladimir Maslaçenko tərəfindən keçirilib.
 
Aleksandr Aleksandroviç Kuzmak
Rusiyalı teleaparıcı, idman şərhçisi və telejurnalist
Rusiya xokkey milli komandasının PR meneceri
Aleksandr Kuzmak 1973-cü il mayın 10-da Moskvada anadan olub
1990-cı ildə xüsusi Fransız orta məktəbini bitirib
O, Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini (1995) bitirdikdən sonra ixtisası üzrə çalışıb. "Delovaya Volna", "Maksimum", "Rus xəbər xidməti" radiokanallarında müxtəlif proqramların aparıcısı olub.
1999-cu ildə Radio Sport 103'4 FM-də fəaliyyətə başlayıb.
1999-cu ilin sonundan 2006-cı ilədək "NTV-Plyus" idman kanalında çalışıb.
Tennis, xokkey və mini-futbol üzrə şərhçi olub.
NTV və TV-6 kanallarında idman xəbəri aparıcısı vəzifəsində çalışıb.
Turin-2006 Olimpiya Oyunlarında Rusiya milli xokkey komandasının mətbuat katibi olub.
2002, 2004, 2006, 2008, 2010, 2012 və 2014-cü il Olimpiya Oyunlarında fəaliyyət göstərib.
UEFA Çempionlar Liqası, futbol üzrə dünya və Avropa çempionatı (2008, 2010, 2012) oyunlarını şərh edib.
2006-cı ildən 2013-cü ilədək tennis, xokkey və futbol oyunları şərhçisi, "Vesti-Sport", "Bolşoy Sport", "Rusiya xokkeyi" və "Nazirə sual ver" verilişlərinin aparıcısı, oyunöncəsi studiyaların, Olimpiya Oyunlarının gündəliklərinın aparıcısı olub.
2006-cı ildən "Sport FM» 93'2 FM-də işləyir. 2013-cü ilin oktyabrdan bu radiokanalın informasiya şöbəsinin müdiridir.
Səhər şousu "Pinq Ponq şou" və "100% səhər" sousunun aparıcısıdır.
2015-ci il sentyabrın 18-də "Matç TV"  idman kanalının xəbərlər üzrə icraçı prodüseri təyin edilib.
2016-cı il  yanvarın 30-dan iyunun 25-ə qədər bu telekanalda "İdman məsələləri" proqramının aparıcısı olub və Rusiyanın İdman naziri Vitali Mutko ilə birlikdə hər ayın yekunlarına dair proqram hazırlayıb.
2016-ci ilin avqustunda Rio de Janeiro Olimpiya Oyunlarında sonra bu telekanalı tərk edib.
2016-ci ilin payızından Eurosport-1 telekanalında MXL oyunlarının əsas şərhçilərindən biridir.
Andrey Qolovanovla birgə "Birinci Kanal"da xokkey üzrə dünya çempionatı oyunlarının şərhçisidir.
 
Mükafatları
- Pavel Bureyə həsr edilən “Rus Raketinin Uçuş" filminə görə Milanda keçirilən idman haqqında sənədli filmlər üzrə Beynəlxalq festivalının «Sport Movies & TV — 2004» Qran-Prisi "Şərəf əklil".
- "80-lərin maqiyası" proqramına görə "Ən yaxşı radio proqramı" nominasiyasında ikinci dərəcəli diplom.
 
Baş Sponsor 
Partnyorlar