az en
News / FİFA Connect layihəsi ilə bağlı görüşlər keçiriləcək

FİFA Connect layihəsi ilə bağlı görüşlər keçiriləcək

Qeydiyyat sistemi Dərc olundu: 26.05.2016 Çap
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.
 
FİFA Connect layihəsi ilə bağlı görüşlər keçiriləcək
2016/17-ci il mövsümündən isə FİFA Connect proqramı tətbiq olunacaq. FİFA Connect proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub və ya klublara dəstək məqsədi ilə müvəqqəti açılacaq region ofisləri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Məhz bu səbəbdən 2016/17-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların məşqçiləri ilə görüşlər keçiriləcək. Görüşlərin məqsədi FİFA Connect layihəsinin təqdimatı, klub və qeydiyyat aparacaq region ofislərinin funksiyalarının təqdimatı, qeydiyyatın dəqiq vaxtının elan edilməsi, proyektor vasitəsi ilə yeni qeydiyyat bazasının nümayişidir.
Keçiriləcək görüşlərin cədvəlini diqqətinizə çatdırırıq:
 
Treyninq tarixləri
Saat
Şəhər
Yer
30.05.2016
10:00
Sumqayıt
Kapital Bank Arena
31.05.2016
10:00
Lənkəran
Xəzər Lənkəran stadionu
01.06.2016
10:00
Ağsu
Ağsu şəhər stadionu
02.06.2016
10:00
Gəncə
Kəpəz stadionu
03.06.2016
10:00
Qəbələ
Böyük Əmilli kənd stadionu
07.06.2016
10:00
Bakı
AFFA-nın inzibati binası
Baş Sponsor 
Partnyorlar