az en
News / Qeydiyyat mərhələsinə start verilir

Qeydiyyat mərhələsinə start verilir

Qeydiyyat sistemi Dərc olundu: 20.08.2021 Çap
Avqustun 20-dən etibarən AFFA-nın təşkil etdiyi U-9, U-10, U-11, U-12, Coca-Cola U-13, U-14, U-15, U-16, Bakcell U-17 və Gənclər liqalarında, həmçinin qızlardan ibarət komandalar arasında keçirilən U-13, U-16 və Yüksək liqa, futzal üzrə ölkə çempionatının 1-ci, 2-ci və Yüksək liqalarında 2021/2022-ci il mövsümünün qeydiyyat mərhələsinə start verilir.
 
Qeydiyyat mərhələsinə start verilir
Oyunların təşkili şöbələri tərəfindən yarışlarda iştirakı təsdiqlənən klub/komandalar qeydiyyat prosesini “Futbola Qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə həyata keçirə bilər. İlkin qeydiyyat prosesi sentyabrın 10-dək davam edəcək.
 
 Klub/komandalar aşağıdakı qeydiyyat prosesini aparacaq:
 
- yeni oyunçuların, məşqçilərin və inzibati heyətin qeydiyyatı
- icarələr
- transferlər
- heyət yenilənmələri (komandaların təşkil edilməsi)
 
Qeydiyyat qaydaları:
1. İlk olaraq (köhnə klublar – AFFA bazasında artıq mövcud olanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri klubun yarışda iştirakına  razılıq verdikdən sonra Qeydiyyat şöbəsinə [email protected] e-mail ünvanı vasitəsilə bu klublar barədə məlumat verməlidir;
 
2. Yeni (AFFA bazasında mövcud olmayanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri klubun yarışda iştirakına  razılıq verdikdən sonra klublara təqdim olunan “Klub anketi"ni doldurmaq üçün təqdim etməlidirlər. Son olaraq oyunların təşkili şöbələri doldurulmuş anketlə birgə Qeydiyyat şöbəsinin [email protected] e-mail ünvanına bu klublar barədə məlumat göndərməlidir;
 
3. “Futbola Qoşul” platformasında hər bir özünün qeydiyyatını aparmaq istəyən klub (yeni və ya köhnə) “Qeydiyyatdan keç” yerindən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra müvafiq klub və klub üçün təqdim olunan rolu (rolları) seçib AFFA-ya təqdim etməlidir.
 
4. Müvafiq klub və rol (rollar) seçildikdən sonra klub saytda göstərilən e-mail ünvanı ([email protected]) və ya +994 12 404 27 66 telefon nömrəsindən istifadə edərək təsdiq üçün Qeydiyyat şöbəsinə məlumat verməlidir.
 
5. Yalnız Qeydiyyat şöbəsinin rolu (rolları) təsdiqindən sonra klub öz səhifəsinə daxil olaraq hər hansı qeydiyyat əməliyyatını apara bilər.
 
“Futbola Qoşul” onlayn qeydiyyat proqramının linki:
https://affa-registration.ma.services/
 
Qeyd: Anket formasını buradan yükləyə bilərsiniz.
 
 
Baş Sponsor 
Partnyorlar