az en
News / Futbol jurnalistikası təlimi başlayıb (fotoreportaj)

Futbol jurnalistikası təlimi başlayıb (fotoreportaj)

AFFA Dərc olundu: 17.04.2017 Çap
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında ADBTİA-nın İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi başlayıb.
 
Futbol jurnalistikası təlimi başlayıb (fotoreportaj)
Təcrübəli təlimatçı Dan Meysonun rəhbərliyi ilə keçirilən təlimdə əvvəlcə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova proqramda nəzərdə tutulan məsələlər barədə danışıb, ardınca AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla qısa çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayevanın salamlama nitqindən sonra təlim proqram üzrə öz işinə başlayıb.
Futbol jurnalistikası təliminə aprelin 18-də yekun vurulacaq.
 
 
 
Baş Sponsor 
Partnyorlar