az en
News / Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Turnir Dərc olundu: 01.04.2019 Çap
Aprelin 4-də və 5-də Gəncə şəhərində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
 
 
Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin idman zalında keçiriləcək yarışda 12 məktəbdən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçiriləcək. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim olunacaq.
Xatırladaq ki, “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qaxda təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar