az en
News / “Live Your Goals” festivalı keçiriləcək

“Live Your Goals” festivalı keçiriləcək

Kütləvilik Dərc olundu: 22.09.2017 Çap
Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə 6-16 yaş qızlar arasında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.
 
“Live Your Goals” festivalı keçiriləcək
“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.
Azərbaycanda ilk dəfə olaraq, “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri  FIFA U-17 Qadınlarlararası Dünya Çempionatı ərəfəsində keçirilib. Festival  Bakıda, Sumqayıtda, Zaqatalada, Qubada, Şəkidə, Masallıda, Qaxda, Xaçmazda, Qəbələdəvə s. şəhərlərdə müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları