AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə AFFA-nın inzibati binasında keçirilən “D” kateqoriyalı məşqçi kursları davam edir.
Tədbirin ikinci günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair örnəklər nümayiş etdirilib və onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb. Kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib. 24 nəfərin qatıldığı kursa sabah yekun vurulacaq.