“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli aviadaşıyıcıdır və MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. Sərnişinlərə xidmət keyfiyyətinin yüksək standartlarına görə mülki aviasiya sənayesində qabaqcıl aviadaşıyıcılardandır. Bunu Skytrax tərəfindən tanınmış beynəlxalq reytinqdə yüksək mövqelər təsdiqləyir. “Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsini genişləndirmək üzərində işləyir - bir çox müntəzəm marşrutlarla yanaşı, daşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.