az en
News / Bu gün saat 19:30. PAOK (Qadınlar) - “Neftçi” (Qadınlar)

Bu gün saat 19:30. PAOK (Qadınlar) - “Neftçi” (Qadınlar)

Çempionlar Liqası Dərc olundu: 25.07.2026 Çap
Qadın futbolçulardan ibarət “Neftçi” klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq. Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.
Bu gün saat 19:30. PAOK (Qadınlar) - “Neftçi” (Qadınlar)
Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.
 
25 iyul
19:30. PAOK – (Yunanıstan) - “Neftçi” (Azərbaycan)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
Veria Munisipal Stadionu
Baş Sponsor