az en
News / “Neftçi” Çempionlar Liqasında (Qadınlar) mübarizəyə başlayır

“Neftçi” Çempionlar Liqasında (Qadınlar) mübarizəyə başlayır

Çempionlar Liqası Dərc olundu: 22.07.2026 Çap
Qadın futbolçulardan ibarət “Neftçi” klubu bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə başlayacaq. Azərbaycan çempionu I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşacaq.
“Neftçi” Çempionlar Liqasında (Qadınlar) mübarizəyə başlayır
1-ci qrupun yarımfinal matçı Yunanıstanın Veria şəhərində baş tutacaq. Siyasət Əsgərovun yetirmələri qələbə qazanarsa, finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 12:00-da başlanacaq “Neftçi” - “Buduçnost” görüşünü Litva və İslandiyadan olan hakimlər briqadası idarə edəcək.
 
22 iyul
12:00. “Neftçi” (Azərbaycan) – “Buduçnost” (Monteneqro)
Baş hakim: İlona Birqelayte (Litva)
Baş hakimin köməkçiləri: Quoste Yonikayte (Litva), Ticana Krstiç (İslandiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
Veria Munisipal Stadionu
Baş Sponsor