az en
News / “Sabah”dan minimalhesablı qələbə

“Sabah”dan minimalhesablı qələbə

Çempionlar Liqası Dərc olundu: 21.07.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb. Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edib.
“Sabah”dan minimalhesablı qələbə
“Bank Respublika Arena”da keçirilən görüş Valdas Dambrauskasın yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionunun heyətində qalibiyyət qolunu 45+1-ci dəqiqədə Velko Şimiç vurub.
Komandalar arasında cavab oyunu iyulun 28-də Kuopio şəhərində keçiriləcək.
Baş Sponsor