az en
News / “Sabah” TNS-i Uelsdə də məğlub etdi

“Sabah” TNS-i Uelsdə də məğlub etdi

Çempionlar Liqası Dərc olundu: 14.07.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Uelsin TNS komandasının qonağı olub.
“Sabah” TNS-i Uelsdə də məğlub etdi
Bakıda baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan “Sabah” Ozuestri şəhərində yerləşən “Park Hall”dakı görüşdə də rəqibini məğlub edib. Valdas Dambrauskasın yetirmələri 2:1 hesablı qalibiyyət əldə ediblər. Təmsilçimizin heyətində qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
Beləliklə, “Sabah” II təsnifat mərhələsinə adlayıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya klubu “KuPS” olacaq. Bu mərhələnin matçları iyulun 21-22-də və 28-29-da keçiriləcək. İlk oyunda təmsilçimiz ev sahibi olacaq.
Baş Sponsor