az en
News / “Sabah” Çempionlar Liqasına qələbə ilə başladı

“Sabah” Çempionlar Liqasına qələbə ilə başladı

Çempionlar Liqası Dərc olundu: 07.07.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxıb. Bakı klubu I təsnifat mərhələsi matçında Uelsin TNS komandasını qəbul edib.
“Sabah” Çempionlar Liqasına qələbə ilə başladı
“Bank Respublika Arena”da keçirilən görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində qolları 66-cı dəqiqədə Velko Simiç və 84-cü dəqiqədə Kahim Parris vurublar.
Komandalar arasında cavab oyunu iyulun 14-də Uelsdə keçiriləcək.
Baş Sponsor