az en
News / “Neftçi” (Qadınlar) Çempionlar Liqasına qələbə ilə başladı

“Neftçi” (Qadınlar) Çempionlar Liqasına qələbə ilə başladı

Çempionlar Liqası Dərc olundu: 22.07.2026 Çap
“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub. Azərbaycan çempionu I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.
“Neftçi” (Qadınlar) Çempionlar Liqasına qələbə ilə başladı
Yunanıstanın Veria şəhərində baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Siyasət Əsgərovun yetirmələrinin II təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.
Baş Sponsor