Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.
Millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Oyun komandamızın 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub, Orxan Məmmədov və Mirmövsüm Caniyev hərəyə bir dəfə fərqlənib.