az en
News / Millimiz (Çimərlik) finala və A Liqasına yüksəldi

Millimiz (Çimərlik) finala və A Liqasına yüksəldi

Çimərlik futbolu Dərc olundu: 19.07.2026 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) finala yüksəlib.
Millimiz (Çimərlik) finala və A Liqasına yüksəldi
Komandamız yarımfinalda Norveç yığması üzərində 6:1 hesablı qələbə qazanıb. Millimizin heyətində Sabir Allahquliyev və Ramil Əliyev 2, Sahib Məmmədovla Orxan Məmmədov isə 1 qol vurublar.
Bu qalibiyyət sayəsində Azərbaycan millisi B Liqasının finalına yüksəlməklə yanaşı, Avropa çempionatının A Liqasına vəsiqəni də təmin edib.
Millimiz bu gün final oyununa çıxacaq. Həlledici qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da Latviya yığmasına qarşı olacaq.
Baş Sponsor