az en
News / Ayxan Abbasov: “Qalib gəldiyimiz üçün sevinirik”

Ayxan Abbasov: “Qalib gəldiyimiz üçün sevinirik”

Məşqçilər Dərc olundu: 10.06.2026 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda San Marino yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında fikirlərini bildirib:
Ayxan Abbasov: “Qalib gəldiyimiz üçün sevinirik”
“Futbolçulara təşəkkür edirəm. Malta ilə oyunda məğlub olduğumuz üçün bu gün qalib gəlmək istəyirdik. Millətlər Liqası öncəsi son toplanışımız olduğundan, hamını meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur. Heyətdə dəyişikliklər də etmişdik. Malta ilə matçda olduğu kimi, bu gün də əsas problemimiz qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, hücumlar edirdik. Həm futbolçular, həm də biz qalib gəlmək istəyirdik. Bunu həyata keçirdiyimiz üçün sevinirik”.
Baş Sponsor