az en
News / Rəşad Eyyubov: “Komandada çox şey yaxşı alındı”

Rəşad Eyyubov: “Komandada çox şey yaxşı alındı”

Məşqçilər Dərc olundu: 06.06.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı keçirilən yoxlama oyunundan (3:0) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
Rəşad Eyyubov: “Komandada çox şey yaxşı alındı”
“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir.
Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.
Baş Sponsor