az en
News / Azərbaycan çempionuna mükafat təqdim olunub

Azərbaycan çempionuna mükafat təqdim olunub

Misli Premyer Liqası Dərc olundu: 17.05.2026 Çap
Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümünün XXXII turuna yekun vurulub.
Azərbaycan çempionuna mükafat təqdim olunub
“Bank Respublika Arena”da keçirilən turun “Sabah” – “Neftçi” (1:2) oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk olaraq Azərbaycan çempionatının sponsoru “Misli” ASC-nin baş direktoru Osman Karakuşa xüsusi hədiyyə təqdim edilib.
Ardından mövsümün qalibi olan “Sabah” komandası qızıl medallar və kubokla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər.
Mərasimin sonunda “Sabah” komandasına çempionluq kuboku təqdim olunub.
 
 
Baş Sponsor