az en
News / Millimiz Universiadada iştirak edəcək

Millimiz Universiadada iştirak edəcək

AFFA Dərc olundu: 29.03.2018 Çap
Aprelin 4-dən 11-dək Bakıda “Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası)” keçiriləcək. Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var.
 
Millimiz Universiadada iştirak edəcək
Qaydalara əsasən yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar aprelin 6-də, 7-də və 9-da Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.
Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirəcək. Məşqlərə 18 futzalçı dəvət edilib. Oyunlar zamanı isə baş məşqçi 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək.
Toplanışa dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:  
Rövşən Hüseynli (“Araz”)
Ramiz Çovdarov (“Araz”)
Oktay Rüstəmli (“Araz”)
Nihad İsmayılov (“FK.İD.Futsal”)
Fərid Atakişiyev (EKOL)
Kamran Hacıyev (“Marafon Futsal”)
İbrahim Zeynalov  (“Marafon Futsal”)
Tofik Əliyev (“Marafon Futsal”)
Rüstəm Bağırzadə  (“Marafon Futsal”)
Vladislav Vorobyov (“Yasamal”)
Elçin Zeynalov (“Xəmsə”)
Əli Həsənov (“Xəmsə”)
Yamin Ağakərimzadə (“Xəmsə”)
Eşqin Tağıyev (“İtaldizain”)
Raqif Eyvazov (“İtaldizain”)
Mirmehdi Rzayev (ADBTİA)
Vüsal İsayev (“Baku Fire”)
Qüdrət İsmayılov (“Baku Fire”)
 
Baş Sponsor 
Partnyorlar