az en
News / Mingəçevirdə “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)

Mingəçevirdə “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 03.12.2018 Çap
Mingəçevir şəhərində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku”  turniri keçirilib.
 
Mingəçevirdə “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)
“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında keçirilmiş yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edib. Turnirin ilk günündə qrup, növbəti gün isə play-off mərhələsinin qarşılaşmaları keçirilib. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və idman ayaqqabıları ilə təmin olunub.
Mingəçevir şəhər 4 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. 3 saylı və 10 saylı tam orta məktəbin komandası isə müvafiq olaraq ikinci və üçüncü pilləni tutub. Komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim edilib. 3 saylı tam orta məktəbin komandasının üzvü Sevinc Mirzəliyeva turnirin ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi sayca ikinci dəfə təşkil olunur. İlk layihə 27-28 oktyabr tarixlərində Qubada keçirilib. Məqsəd gələcəkdə qızlar futzal liqasını, həmçinin futzal üzrə qadınlardan ibarət milli komandanı yaratmaqdır. Növbəti aylarda layihə daha 5 regionda keçiriləcək. 
 
Baş Sponsor 
Partnyorlar