AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında gənc hakimlərin bilik və bacarığının artırılması üçün seminar keçirilib.
30-dan çox hakimin iştirak etdiyi məşğələlərdə “Oyun Qaydaları” və qaydalara edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiya aparılıb. Seminar müddətində Naxçıvan MR-da keçirilmiş birincilik oyunları izlənilib və qarşılaşmalardan hazırlanmış videogörüntülərin müşayiəti ilə maraqlı və mübahisəli epizodlar təhlil edilib. Komitə sədri bu cür seminarların mütəmadi təşkil olunacağını bildirilib.
Sonda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi adından Fritz Ştuxlikə plaket təqdim edilib.