az en
News / İnfrastruktur layihələri davam etdirilir

İnfrastruktur layihələri davam etdirilir

İnfrastruktur Dərc olundu: 30.08.2018 Çap
2012-ci ildə fəaliyyətə başlamış "Bakcell Arena" 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq  məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır.
İnfrastruktur layihələri davam etdirilir
Bu ilin may-avqust aylarında "Bakcell Arena"nın meydançasında AFFA tərəfindən əsaslı təmir işləri aparıldı və artıq yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.
AFFA-nın Grow 2020 inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. AFFA tərəfindən “Sumqayıt” FK-nın ev oyunlarını keçirdiyi Kapital Bank Arenanın süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində 1 təbii örtüklü yeni məşq meydançası inşa olunur. Həmçinin, “Zirə” FK-nın ev oyunlarını keçirdiyi  Zirə İdman Kompleksinin stadionunda süni örtüklü meydançanın yerinə təbii örtüklü meydança inşa olunur.
 
Baş Sponsor 
Partnyorlar