az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 22.03.2018 Çap
19 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu” klubunun 10 №-li futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub (maddə 42.1).
İntizam Komitəsinin qərarları
Oyunun 69-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48).
 
19 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun 8 №-li futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunub (maddə 42.3).
 
19 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə” klubunun 42 №-li futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48).
 
19 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub (maddə 37.1).
 
Baş Sponsor 
Partnyorlar