az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 08.05.2024 Çap
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz” klubunun 24 nömrəli futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Kəpəz” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
İntizam Komitəsinin qərarları
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+6-cı dəqiqəsində “Kəpəz” klubunun 21 nömrəli futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Kəpəz” klubu 3000 manat cərimə edilir (maddə 43.3);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+6-cı dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 36.5);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununun 78-ci dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Neftçi” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
05.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Turan Tovuz” klubu 3000 manat cərimə edilir (maddə 40.3);
 
05.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
 
05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);
 
05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
07.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
04.05.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən “Sparta” FK – “Gənclər” PFM oyununda  “Sparta” FK komandasının heyətində 7 nömrəli futbolçu Fikrət Həsənov qarşılaşmanın 79-cu dəqiqəsində rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılır (maddə 40.3);
 
05.05.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən “Dirçəliş” FK – “City Baku” oyununda “City Baku” komandasının heyətində 90 nömrəli futbolçu Rəmzi Məmmədov qarşılaşmanın 63-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılır (maddə 39.1);
 
05.05.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən “Dirçəliş” FK – “City Baku” oyununda “Dirçəliş” FK komandasının heyətində 14 nömrəli futbolçu Oruc Məmmədov qarşılaşmanın 63-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi əl ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılır (maddə 40.4);
 
05.05.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin II turu çərçivəsində  keçirilməsi nəzərdə tutulan “Sumqayıt” MU – “Çinar Zəngilan” oyunu ev sahibi “Sumqayıt” MU komandası stadion məsələsini həll edə bilmədiyi üçün baş tutmadığına görə “Sumqayıt” MU komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.4);
 
04.05.2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” FK - İCBFA oyununda “Səbail” FK komandasının heyətində 10 nömrəli futbolçu Amir Qəribov qarşılaşmanın 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılır (maddə 43.3).
 
05.05.2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Şirvansaray” FK – “Baku Sporting” FK oyunu bitdikdən sonra “Şirvansaray” FK komandasının baş məşqçisi Azər Nəsirov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılır (maddə 42.4).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor 
Partnyorlar