az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.03.2026 Çap
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Baku Sportinq” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Baku Sportinq” – “Mingəçevir” oyununun fasiləsində “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” komandası 900 manat cərimə edilsin (maddə 86.3);
 
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının həkimi Müşfiq Hümmətli  hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə  aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);
 
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının məşqçisi Babək Allahverdiyev  hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə  aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);
 
5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra “Şahdağ Qusar” komandasının icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə “Şahdağ Qusar” komandası 300 manat cərimə edilsin (maddə 86.12);
 
6 mart 2026-cı il tarixində I Liqada XVII turun “Cəbrayıl” – “Səbail” oyununda “Cəbrayıl” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1).
 
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor