az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.03.2026 Çap
27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
AFFA İntizam Komitəsinin qərarları
27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
 
27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununun 62-ci dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);
 
28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);
 
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);.
 
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
 
3 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
 
4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86);
 
4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
 
3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilsin (maddə 68);
 
3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Ağstafa Gəncləri” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Göygöl” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Sheki City” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
 
4 mart 2026-cı il tarixində II Liqada XVI turun “Dinamo” – “Şirvan” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
4 mart 2026-cı il tarixində II Liqada XVI turun “Dinamo” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Kəpəz-2” – “Qəbələ-2” oyununun 60-cı dəqiqəsində “Kəpəz-2” komandasının məşqçisi Sərxan İsmayılov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kəpəz-2” komandası 200 manat cərimə edilsin (maddə 47.2);
 
2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Kəpəz-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
3 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
3 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun “Qarabağ-2” – “Şamaxı-2” oyununun 52-ci dəqiqəsində “Şamaxı-2” komandasının 90 nömrəli futbolçusu Davud Mənsumov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
26 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Sabirabad FK-Olimpik Sabirabad FK oyununun Sabirabad FK-nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Sabirabad FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
28 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Qobustan FK oyununda Topçular FK komandasının heyətində N3 futbolçu Elvin Quliyev qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
28 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Qobustan FK oyununda qarşılaşmanın 84-cü dəqiqəsində Qobustan FK komandasının heyətində N10 futbolçu Oruc Xanatov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Sabirabad FK FK oyununda Ağsu Siti komandasının heyətində N5 futbolçu Mirmövsüm Seyidəliyev qarşılaşmanın 75-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Mərcanlı FK-Murov Kəlbəcər FK oyunu Mərcanlı FK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Mərcanlı FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
5 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Goranboy FK-Qovlar FK oyununda Goranboy FK komandasının heyətində N15 futbolçu Səmid Rüstəmbəyli qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
28 fevral 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Araz Naxçıvan PFK oyununda Neftçi PFK komandasının heyətində N6 futbolçu Sərxan Əbilov qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
28 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rauf Əliyevin qarşılaşmanın 45+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
28 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi İK İB-Fireland FC oyununda Neftçi İK İB komandasının heyətində N8 futbolçu Kənan Tağıyevin qarşılaşmanın 65-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
28 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilməli olan ROFM-Xocalı FK oyunu ROFM komandasının ev sahibi olaraq təcili tibbi yardım və ya həkim briqadası ilə təmin etmədiyinə görə baş tutmadığı üçün ROFM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
28 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Sabah FK-Ulduz Futbol Akademiyası oyununda Sabah FK komandasının heyətində N2 futbolçu Əli Hacıyev qarşılaşmanın 33-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
1 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-Sumqayıt FK oyununda Neftçi PFK komandasının heyətində N18 futbolçu Qafar Babayev qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
28 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK-Binə FK oyununda Sabah FK komandasının heyətində N3 futbolçu Amal Şıxkərimzadə qarşılaşmanın 14-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 44.1)
 
1 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Araz Baku FK-Yasamal Baku FK oyununda Araz Baku FK komandasının heyətində N77 futbolçu Elman Məmmədli qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
1 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N2 futbolçu Əziz Süleymanlı qarşılaşmanın 40+1-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
1 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Ulduz FA-FC Young Pro oyununda FC Young Pro komandasının heyətində N10 futbolçu Said Səmədov qarşılaşmanın 10-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
1 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən İmişli FK-Astara FK oyununda İmişli FK komandasının heyətində N13 futbolçu Arda Xubaliyev qarşılaşmanın 61-ci dəqiqəsində düşüncəsiz qaydas pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
22 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Ərgünəş FK(Sumqayıt) -Sunami FK(Sumqayıt) oyunu bitdikdən sonra Ərgünəş FK(Sumqayıt) komandasının heyətində lisenziyası mövcud olmayan futbolçunun aşkarlandığı üçün Ərgünəş FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
 
05.03.2026-cı il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın Neftçi İK İB – Şuşa MFK oyununda, Şuşa MFK komandasının oyunçusu Rüstəm Bağırov oyunun 32-ci dəqiqəsində təcavüzkar davranışı səbəbindən bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
05.03.2026-ci il tarixində keçiriləcək Araz-Naxçıvan - Lənkəran oyununda, Lənkəran komandası təyin olunan vaxtda meydana daxil olmadığı üçün Lənkəran komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
05.03.2026-ci il tarixində keçirilən futzal üzrə 1-ci liqanın Yeni Suraxanı - Xan Lənkəran oyununda, Yeni Suraxanı komandası təyin olunan vaxtda meydana daxil olmadığı üçün Yeni Suraxanı komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1) Bu hal 3-cü dəfə təkrarlandığına görə Yeni Suraxanı komandası yarışlardan kənarlaşdırılsın.
 
01.03.2026 tarixində AFFA U-16 Qızlar liqasında keçirilmiş Kəpəz PFK - Neftçi PFK oyununda Neftçi PFK komandasının 14N oyunçusu Elyana Rüstəmzadə oyunun 68-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə və fitdən sonra topu kənara atdığına görə oyunun baş hakimi tərəfindən 2-ci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.2)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor