az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 20.02.2026 Çap
18 fevral 2026-cı il tarixində I Liqada XV turun “Cəbrayıl” – “Baku Sportinq” oyununda “Cəbrayıl” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
18 fevral 2026-cı il tarixində I Liqada XV turun MOİK – “Səbail” oyununda MOİK komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 82-ci dəqiqəsində “Şəfa”  komandasının 14 nömrəli futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 45-ci dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);
 
19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının paltardəyişmə otağında stadiona dəymiş zərər “Mingəçevir” komandası tərəfindən qarşılansın (maddə 86);
 
19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şimal” – “Şahdağ Qusar” oyununun 66-cı dəqiqəsində “Şahdağ Qusar” komandasının 10 nömrəli futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);
 
19.02.2026-ci il tarixində keçirilməli olan Atletiko Baku  - Yeni Suraxanı oyununa Yeni Suraxanı komandası gəlmədiyinə görə Yeni Suraxanı komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor