az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.04.2026 Çap
9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
İntizam Komitəsinin qərarları
9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
 
9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
6 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
6 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
7 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Şirvan” – “Xankəndi” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
 
7 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir” komandasının 20 nömrəli futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7)
 
9 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Quba” – “Sheki City” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilsin (maddə 68);
 
15 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK - Yeni Bakı oyununda Yeni Bakı komandasının heyətində N45 futbolçu Ömər Məmmədov qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 oyuna buraxılmasın (maddə 46).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor