az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.05.2026 Çap
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyununun 70-ci dəqiqəsində “Sabah-2” komandasının 71 nömrəli futbolçusu Əli Əlizadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah-2” komandası 250 manat cərimə edilsin (maddə 86.3);
 
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyununun 70-ci dəqiqəsində “Neftçi-2” komandasının 36 nömrəli futbolçusu Həsən Mahmudov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
16 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sabah-2” – “Neftçi-2” oyununun 90+3-cü dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
18 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
18 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVI turun “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
 
14.05.2026-cı il tarixində keçirilən futzal üzrə Şuşa – Baku Fire oyununda, Baku Fire komandasının qapıçısı Əli Həsənzadə oyunun 38-ci dəqiqəsində  qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor