Mayın 22-də AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin final oyunları keçiriləcək.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların həlledici matçları baş tutacaq. Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçiriləcək.
5-ci sinif qızlar, final
14:00. Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi
5-ci sinif oğlanlar, final
15:00. Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi - Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi
7-ci sinif oğlanlar, final
16:00. Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi