az en
News / Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi

Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi

AFFA Dərc olundu: 08.10.2018 Çap
AFFA və Türkiyənin məşhur geyim brendi D’S Damat arasında sponsorluq müqaviləsinin imzalanması razılaşdırılıb. İmzalama mərasimi yaxın günlərdə keçiriləcək.
 
Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi
Müqavilə çərçivəsində D’S Damat şirkətinə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim ediləcək. Həmçinin D’S Damat milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.
 
2002-ci ildən etibarən D’S Damat kişi geyim bazarının lideri olmaqla bərabər, rəqabətədavamlı qiymətlər ilə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. D’S Damat 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun olan kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendinlərindən birinə çevrilmişdir.
D’S Damat dünya üzrə 200 dən çox mağazası ilə kişi geyimlərində vərdişləri dəyişməyə davam edir.
 
Baş Sponsor 
Partnyorlar