az en
News / Turnirdə ikinci yer

Turnirdə ikinci yer

U-17 (qızlar) Dərc olundu: 22.04.2017 Çap
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.
Turnirdə ikinci yer
Son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlmişdi.
 
Baş Sponsor 
Partnyorlar