az en
News / U-19-dan növbəti qələbə (fotoreportaj)

U-19-dan növbəti qələbə (fotoreportaj)

U-19 Dərc olundu: 21.07.2018 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün “Qəbələ”nin əvəzedici heyəti ilə növbəti yoxlama oyunu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma U-19-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Kamran Quliyev, Rauf Hüseynli və Turan Vəlizadə fərqlənib.
 
U-19-dan növbəti qələbə (fotoreportaj)
Oyunla bağlı U-19-un baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib: “Futbolçularımı növbəti qələbə münasibəti ilə təbrik edirəm. Onlar oyunda verilən tapşırığı maksimum yerinə yetirdilər. Proqrama əsasən, Avropa çempionatının seçmə mərhələsi öncəsi bu təlim-məşq toplanışında işimizin böyük qismini görməliyik. Əsas məqam odur ki, komanda şəklində heç bir boşluq buraxmadan səylə, çox ciddi çalışırıq. Futbolçulardan Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik və o, oyundan sonra düşərgədən ayrıldı. Ona komandasında uğurlar arzu edirəm. Futbolçular istər milli komandanın düşərgəsində, istər öz komandalarında olsun, daim diqqətimizdə olacaqlar. Növbəti çətin oyunlara hazırlaşacağıq”.
 
 
Baş Sponsor 
Partnyorlar