az en
News / Uşaq futbol məktəbləri ilə görüş keçirilib

Uşaq futbol məktəbləri ilə görüş keçirilib

Kütləvilik Dərc olundu: 07.12.2018 Çap
Bu gün AFFA-nın Futbol akademiyasında Kütləvi Futbol Departamentinin müdiri Cahangir Həsənzadə və Uşaq və Gənclər üzrə Yarışların Keçirilməsi Şöbəsinin müdiri Yusuf Vəliyev ilə Bakı və Sumqayıtda müstəqil fəaliyyət göstərən - “Araz Bakı”, “Stars”,  “Gilavar”, “Sumqayıt City”, “Xəzər Buzovna”, “Leon”, “Fənərbağça”, “Avropa Futbol Məktəbi” - uşaq futbol məktəblərinin rəhbərləri arasında görüş keçirilib. 
 
Uşaq futbol məktəbləri ilə görüş keçirilib
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, yanvarda bu məktəblərin 5-6 yaşlı uşaqlardan ibarət komandaları arasında AFFA-nın təşkilatçılığı ilə turnirin keçirilməsi, uşaqların ad və soyadlarının AFFA-nın qeydiyyat bazasına daxil edilməsi, klublara assosiasiya tərəfindən idman ləvazimatlarının və invertarların verilməsi, oyunçuların transferi ilə bağlı yarana biləcək məsələlərdə köməklik göstərilməsi təklif edilib. 
    
Baş Sponsor 
Partnyorlar