az en
News / "Uşaqlarla işləmək üçün vaxta ehtiyac var"

"Uşaqlarla işləmək üçün vaxta ehtiyac var"

U-15 Dərc olundu: 25.04.2018 Çap
2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş turnirdə Gürcüstan komandasına qarşı keçirilmiş oyunla bağlı affa.az-a açıqlama verib:
 
 
"Uşaqlarla işləmək üçün vaxta ehtiyac var"
“Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar. Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsanlar var. Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdur, çalışmalıyıq”.
 
Baş Sponsor 
Partnyorlar