UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin finalçıları müəyyənləşib. Bu gün “Dalğa Arena”da 1/2 final mərhələsində keçirilmiş Portuqaliya – Hollandiya oyunu 2:0, Almaniya – İspaniya qarşılaşması isə 1:2 hesabı ilə başa çatıb.
Beləliklə, mayın 21-də, saat 20:00-da, 8-ci KM stadionunda keçiriləcək final oyununda Portuqaliya və İspaniya yığma komandaları qarşılaşacaq.