az en
News / UEFA U-17 AÇ: UEFA rəsmilərinin fikirləri

UEFA U-17 AÇ: UEFA rəsmilərinin fikirləri

UEFA U-17 AÇ Dərc olundu: 25.05.2016 Çap
Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri fikirlərini bildiriblər:
 
UEFA U-17 AÇ: UEFA rəsmilərinin fikirləri
Lens Kelli (Milli komandalar üzrə turnirlərin rəhbəri): “Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.
 
Klaudio Neqroni (U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri): “Turnirin startında gələcək Avropa çempionuna – Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının  çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk”.
 
Pyerpaskal Larotonda (UEFA Avropa çempionatı U-17 Layihəsinin rəhbəri): “Azərbaycan – Portuqaliya açılış oyununu stadionda 33.000 azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik”.
 
Baş Sponsor 
Partnyorlar