az en
News / “Uğur” Region Liqasının qalibi olub (fotoreportaj)

“Uğur” Region Liqasının qalibi olub (fotoreportaj)

Liqalar Dərc olundu: 23.05.2018 Çap
AFFA-nın təşkil etdiyi Region Liqası başa çatıb.
“Uğur” Region Liqasının qalibi olub (fotoreportaj)
Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın “Uğur” və Mingəçevirin “Energetik” komandaları qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn “Uğur” 2017/2018-ci il mövsümünün qalibi olub. Üçüncü yeri isə “Füzuli” komandası tutub. 
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər. 
Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev (“Şağan”) olub. “Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rehimov (“Füzuli”) ən yaxşı qapıçısı seçilib.
 
 
Baş Sponsor 
Partnyorlar