az en
News / AFFA U-15 və AFFA U-16 Liqalarının püşkü atılıb (fotolar)

AFFA U-15 və AFFA U-16 Liqalarının püşkü atılıb (fotolar)

Liqalar Dərc olundu: 28.08.2023 Çap
Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü AFFA U-15 Liqasının və AFFA U-16 Liqasının püşkü atılıb. Püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov və klub nümayəndələri iştirak edib.
AFFA U-15 və AFFA U-16 Liqalarının püşkü atılıb (fotolar)
AFFA U-15 Liqasında komandalar A və B qrupuna bölünəcək. B qrupunun oyunları Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq. A qrupunda 15 komanda mübarizə aparacaq və oyunlar iki dövrədən ibarət olacaq. İlk yeddi yeri tutan komanda B qrupunun qalibi ilə final mərhələsində qarşılaşacaq.
 
AFFA U-16 Liqası da A və B qrupu olmaqla üç dövrədən ibarət olacaq. A qrupunda 13 komanda mübarizə aparacaq. A qrupunda üçüncü dövrə birinci dövrənin təkrarı olacaq. A qrupunda ilk yeddi yeri tutan komanda Naxçıvan Muxtar Respublikası üzrə qalib gələcək komanda ilə final mərhələsində qarşılaşacaq.
 
Hər iki liqanın birinci turunun oyunları 2-3 sentyabr tarixlərində keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar