az en
News / Yığmamız heç-heçə edib

Yığmamız heç-heçə edib

U-19 Dərc olundu: 11.01.2017 Çap
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Peterburqski İdman-Konsert Kompleksində Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Rafael Məhərrəmli və Fərid Nəbiyev vurub.
 
Yığmamız heç-heçə edib
Baş Sponsor 
Partnyorlar