az en
News / "Bayer 04" – "Qarabağ"

"Bayer 04" – "Qarabağ"

Avropa Liqası Dərc olundu: 14.03.2024 Çap
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin 1/8 final mərhələsində cavab oyununu keçirəcək. Təmsilçimiz Almaniyanın Leverkuzen şəhərindəki "BayArena" stadionunda saat 00:00-da başlayacaq oyunda "Bayer 04" (Almaniya) klubu ilə qarşılaşacaq. "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək:
 "Bayer 04" – "Qarabağ"
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel
AVAR: Carred Qavan Cillet (Avstriya)
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Baş Sponsor 
Partnyorlar