az en
News / AFFA Gənclər Liqasının və AFFA U-17 Liqasının püşkü atılıb (fotolar)

AFFA Gənclər Liqasının və AFFA U-17 Liqasının püşkü atılıb (fotolar)

Liqalar Dərc olundu: 16.08.2023 Çap
Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü AFFA Gənclər Liqasının və AFFA U-17 Liqasının püşkü atılıb. Püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə və klub nümayəndələri iştirak edib.
AFFA Gənclər Liqasının və AFFA U-17 Liqasının püşkü atılıb (fotolar)
AFFA Gənclər Liqasında 11 komanda mübarizə aparacaq və üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ilk dövrənin təkrarı olacaq. Hər tur bir komanda istirahət edəcək.
 
I turun təqvimi:
19-20 avqust
 
“Səbail” PFK – “Neftçi” PFK
“Qarabağ” FK – “Zirə” PFK
“Sabah” FK – İCBFA
“Araz-Naxçıvan” PFK – “Qəbələ” İK
“Kəpəz” PFK – “Turan Tovuz” PFK
 
“Sumqayıt” bu tur istirahət edəcək.
 
14 komandanın mübarizə aparacağı AFFA U-17 Liqası üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ikinci dövrənin təkrarı olacaq. Birinci turun oyunları 26-27 avqust tarixlərində keçiriləcək.
 
I turun təqvimi:
26-27 avqust
 
“Sumqayıt” FK – EFA
“Zirə” PFK – “Turan Tovuz” PFK
“Neftçi” İK İB – İCBFA
“Sabah” FK – “Universal” FA
“Səbail” PFK – “Qarabağ” FK
“Neftçi” PFK – “Kəpəz” PFK
“Qəbələ” İK – “Araz-Naxçıvan” PFK
 
Baş Sponsor 
Partnyorlar