Özbəkistanın paytaxtı Daşkənddə FIFA-nın Avropa və Mərkəzi Asiya üzrə üzv assosiasiyaları arasında əməkdaşlıq və bilik mübadiləsi seminarı keçirilir. Oktyabrın 4-dək davam edəcək seminarda AFFA-nı baş katib Sərxan Hacıyev və baş katibin müavini Kamran Vəliyev təmsil edir.