az en
News / Seymur Səlimli FIFA-nın Sammitində iştirak edir

Seymur Səlimli FIFA-nın Sammitində iştirak edir

FİFA Dərc olundu: 04.04.2024 Çap
4-5 aprel tarixlərində Sinqapurda FIFA tərəfindən 211 federasiyanın iştirakı ilə keçirilən "Integrity Summit”ində UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli də iştirak edir.
Seymur Səlimli FIFA-nın Sammitində iştirak edir
Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşmək, FIFA-nın yeni toxunulmazlıq təlimatını və təlim xəritəsini təqdim etmək, FİFA İntizam Məcəlləsinə edilmiş düzəlişləri müzakirə etmək və danışılmış oyunlarla əlaqəli FIFA və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarlarını tədqiq etməkdir.
Danışılmış oyunlarla mübarizəyə cəlb olunmuş FIFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.
Baş Sponsor 
Partnyorlar