az en
News / FIFA agenti olmaq istəyən namizədlərin nəzərinə

FIFA agenti olmaq istəyən namizədlərin nəzərinə

FİFA Dərc olundu: 13.06.2025 Çap
FIFA agenti olmaq istəyən namizədlərin müvafiq imtahana qeydiyyatı zamanı qarşılaşdıqları çətinliklərlə bağlı AFFA-ya daxil olan çoxsaylı müraciətlərlə əlaqədar FIFA-ya rəsmi sorğu ünvanlanıb.
FIFA agenti olmaq istəyən namizədlərin nəzərinə
Cavab olaraq bildirilib ki, yaranmış çətinliklərə dair müraciətlər birbaşa olaraq FIFA-ya ünvanlanmalıdır. Namizədlərin ərizələri ilə bağlı yaranmış problemlərlə əlaqədar [email protected] elektron ünvanına müraciət edilməsi xahiş olunur.
Qeyd edək ki, imtahan uzaqdan nəzarətlə onlayn şəkildə keçiriləcək və namizədlər minimum imtahan otağı tələblərini yerinə yetirmək şərti ilə imtahanda iştirak edə bilərlər. Üzv assosiasiyalar imtahanın təşkili prosesində iştirak etmirlər.
 
Əlaqələndirici şəxs: Asim Nəsirzadə (Azərbaycan üzrə FIFA Agent məsələləri ilə bağlı məsul şəxs)
Əlaqə telefonu: +994 12 404 2777; Daxili nömrə: 1247
Baş Sponsor