az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 23.05.2023 Çap
Gəncə şəhərində inşa edilən Məşq Mərkəzi və Futbol Akademiyasının trenajor avadanlıqları ilə təmin edilməsi üçün AFFA tender elan edir.
AFFA tender elan edir
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"-ni (Əvvəlki layihələrdə iştirakla bağlı tövsiyə məktubları ilə birlikdə) müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tender müddəti: 5 İyun 2023-cu il saat 17:00-a qədər
İşlərin yerində quraşdırılaraq təhvil verilmə tarixi: 5 İyul 2023-cu il
Ödəniş şərtləri: İlkin ödəniş 30 %, 70% işlər təhvil verildikdən sonra 60 gün müddətində
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
 
Baş Sponsor 
Partnyorlar