az en
News / AƏFM layihəsi Tovuzda

AƏFM layihəsi Tovuzda

AƏFM Dərc olundu: 11.06.2019 Çap
İyunun 10-da Tovuz şəhər stadionunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
 
AƏFM layihəsi Tovuzda
AFFA-nın və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayonundan seçilmiş millət vəkili Qənirə Paşayeva, millət vəkili Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak edib.  
 
Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihədə iştirak edən uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.  Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
 
Baş Sponsor 
Partnyorlar