az en
News / Şamaxıda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)

Şamaxıda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)

Turnir Dərc olundu: 05.03.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə martın 4-də və 5-də Şamaxı şəhərində 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
Şamaxıda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)
Turnirin ilk günü 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. Şamaxı Olimpiya İdman Kompleksinin idman zalında təşkil edilən turnirdə 12 məktəb və 119 yeni qız futbolçu qeydiyyatdan keçib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və idman ayaqqabıları ilə təmin olunub.
Göylər 2 tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq 2 №li tam orta məktəb və Şəhriyar qəsəbəsi 4 №li tam orta məktəb tutub. 4 qolla Göylər 2 tam orta məktəbin şagirdi Nuray Yusifova turnirin ən məhsuldar oyunçusu olub. 2 №li tam orta məktəbin şagirdi Nailə Bağırova ən yaxşı oyunçu, Şəhriyar qəsəbəsi 4 №li tam orta məktəbin şagirdi Xanım Ağamuradlı isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və 17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi daha üç müxtəlif regionda keçirilməsi planlaşdırılır.
 
Baş Sponsor 
Partnyorlar